Xəbər lenti

"Qərbin kuklası olmusuz" - Türkiyəyə ittiham
Dünya11:08 05.04.2013

"Qərbin kuklası olmusuz" - Türkiyəyə ittiham

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Vahid Əhmədi Türkiyəni Qərbin kuklası olmaqda ittiham edib. 

Qaynar.info-nun İranın PressTV kanalına istinadən verdiyi xəbərə görə, Əhmədi, "Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı kimi ölkələr Suriyaya açıq şəkildə müdaxilə edərək, Qərbin regiondakı kuklalarına çevriliblər" deyib. 

Komissiya sədri ölkəsinin Suriyadakı hakimiyyəti dəstəkləməyə davam edəcəyini söyləyib: "Çünki Suriya bölgədəki müttəfiqimizdir və hər zaman sionist rejimə qarşı dirəniş cəbhəsini yaradan ölkələrdən biri olub".  

Qaynar.info