Xəbər lenti

"Qorxu imperiyasına başçılıq etmək istəmirəm" - UEFA-nın yeni prezidenti
İdman13:00 14.09.2016

"Qorxu imperiyasına başçılıq etmək istəmirəm" - UEFA-nın yeni prezidenti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, bu gün UEFA prezidenti postuna AFFA-nın dəstəklədiyi Aleksander Çeferin seçilib.

Qaynarinfo.Az xəbər verir ki, sloveniyalı prezident Afinada keçirilən UEFA-nın Konqresində prezident seçildikdən sonra çıxış edib: 

"Futbol ətrafında hazırda çoxlu problem var. Mən də qorxu imperiyasına başçılıq etmək istəmirəm. UEFA və FİFA-nın etdiyi hər şeyi daha yaxşı göstərmək istəyirəm. Biz çətin situasiyalardan bezmişik və dəyişikliklər istəyirik. Gözləyirik ki, ilk yerə dostluq, futbol çıxsın. Mən futbol tarixində yeni fəsil yazmağa hazıram. İndi dəyişikliklər, şəffaflıqlar zamanıdır...".

Çeferin Avropanın bir nömrəli klub turnirinin yeni formatının həll edilməsinin vacibliyini vurğulayıb: "İlk məqsədimiz Çempionlar Liqasının yeni formatı məsələsini həll etməkdir. Qalan məsələlərlə bütün 55 assosiasiya ilə danışmaq lazımdır. UEFA güclü təşkilatdır. Onun hansısa müddətdə rəhbərliyi olmayıb və biz indi göstərməliyik ki, məhz bu qurumu biz idarə edirik. Bu müddətdə bizə bütün maraqlı şəxslərlə dialoq lazımdır... Problemlər çoxdur. Danışılmış matçlar, rasizm, təhlükəsizlik, maliyyə "feyr-pley" məsələlərinin güclənməyə ehtiyacı var. Çünki varlı və kasıblar arasında uçurum artır".

Qeyd edək ki, Aleksander Çeferin 6 illik futbol fəaliyyətindən məhrum edilmiş UEFA-nın sabiq rəhbəri Mişel Platininin bu qurumun fəxri prezidenti olması barədə hələ düşünmədiyini bildirib. Sloveniyalı mütəxəssis onu da bildirib ki, UEFA-nın idarə edilməsinə müşahidə edən bir komitə yaradılmasını istəyir.

Qaynarinfo.Az