
Yayda Madrid "Real"ında qlobal dəyişiklik olacağı gözlənilir.
Qaynar.info İspaniyanın Sport.es saytına istinadən xəbər verir ki, İspaniya klubunun prezidenti Florentino Peres birdən-birə 10 oyunçunu transferə çıxarmağı düşünür.
Bunların arasında Kriştianu Ronaldu və Serxio Ramos da var. Həmçinin müdafiəçilərdən Danilo, Alvaro Arbeloa, yarımmüdafiəçilərdən Toni Kroos, Kazemiro, İsko, Xames Rodriqes, hücumçulardan isə Xese Rodriqes bu siyahıda yer alır.
Qeyd edək ki, Kriştianu Ronalduya görə istənilən məbləğ 60 milyon avrodur. Serxio Ramosa isə 25 milyon avro qiymət qoyulub.
Qaynar.info