Xəbər lenti

"Real"ın futbolçusuna görə şəhərin adı dəyişdirildi
İdman15:17 16.06.2016

"Real"ın futbolçusuna görə şəhərin adı dəyişdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Uelsin Bala şəhərinin adı müvəqqəti olaraq dəyişdirilib. 

Qaynarinfo.az xəbər verir ki, Madrid "Real”ının və Uels yığmasının ulduz futbolçusu Qaret Beylin şərəfinə şəhərin adı Avropa çempionatı boyunca "Beyl" olacaq. 

Şəhər rəhbərliyi bu addımı atmaqla, xeyli sayda turist cəlb etməyi düşünür. Həmçinin əhalinin istəyini nəzərə alan Bala meriyası AVRO-2016-nın sonunda futbolçunu bu kiçik bazar şəhərinə dəvət edəcəklərini açıqlayıblar. Turnir başa çatdıqdan sonra isə şəhər əvvəlki adına qovuşacaq.

Qeyd edək ki, Qaret Beyl artıq turnirdə 2 qol vurub. O əvvəlcə Slovakiyaya, daha sonra isə İngiltərənin qapısına fərqlənib. Ulduz futbolçu hər 2 qolunu cərimə zərbəsindən vurub.

Qaynarinfo.az