Xəbər lenti

"Real"ın qapıçısı "Milan" yolunda
İdman13:17 06.08.2014

"Real"ın qapıçısı "Milan" yolunda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Keylor Navasın transferindən sonra "Real" (Madrid) klubundan ayrılacağı gözlənilən Dieqo Lopez İtaliyadan təklif alıb.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, ispaniyalı qolkiper "Milan"ın transfer hədəfinə düşüb.

Lopezin Milan təmsilçisindəki illik qazancı da açıqlanıb. 32 yaşlı qapıçı İtaliya klubunda çıxış edəcəyi təqdirdə ilinə 4,5 milyon avro qazanacaq.

Qeyd edək ki, Dieqo Lopez daha öncə verdiyi açıqlamasında "Real"da qalmaq istədiyini bildirmişdi. 

Qaynar.info