
ABŞ-da qrup şəklində yüksəklikdən atlananlardan birinin paraşütü açılmayıb
Amerika Birləşmiş Ştatlarında paraşütlə hündürlükdən tullanmaq üzrə dünya rekordu cəhdi faciə ilə nəticələnib. ANS PRESS-in məlumatına görə, 28 ölkədən olan 222 nəfərlik paraşütçü qrupu təxminən 5000 metr yüksəklikdən hoppanaraq paraşütçülərdən birinin paraşütü açılmayıb.
Paraşütçünün meyidi eniş zonasından təxminən 1 kilometr aralıda aşkar edilib. Bunun Almaniyadan olan paraşütçü, 46 yaşlı Dayana Peris olduğu məlum olub. O, öz karyerası ərzində 1500 uğurlu atlayış həyata keçirib.
Ginnes dünya rekordu cəhdini təşkil edən "Skydive Arizona" təşkilatı baş verən hadisəyə görə paraşüt istehsalçısı olan şirkəti ittiham edib. ABŞ Federal Aviasiya Administrasiyası baş verən hadisəni araşdırır.
Qaynar.info