Xəbər lenti

"Rəqibə hədiyyə verdik" - Azərbaycan millisinin baş məşqçisi
İdman09:22 30.05.2016

"Rəqibə hədiyyə verdik" - Azərbaycan millisinin baş məşqçisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avstriyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində dünən keçirilmiş Azərbaycan – Makedoniya yoldaşlıq oyunu (1:3) barədə millimizin baş məşqçisi Robert Prosineçki fikirlərini bildirib.

Qaynarinfo.az Almaniya doğumlu xorvat çalışdırıcının fikirlərini diqqətinizə çatdırır:

“İki fərqli hissə izlədik. I hissədə pis oynadıq. Rəqibə 2 qol hədiyyə verdik. Ötürmə verə bilmədik. Fasilədən sonra oyun dəyişdi. Qol epizodları yaratdıq, lakin Əfran İsmayılov, Ruslan Qurbanov və Ağabala Ramazanov həmin fürsətlərdən yararlana bilmədilər. Hesabı bərabərləşdirə bilərdik. Niyə alınmadığını bilmirəm. Təhlil etməliyəm. II hissədən razıyam. Mövsümün sonu olduğu üçün futbolçular yorulub. Amma bu, məğlubiyyətə bəraət ola bilməz”.

Qeyd edək ki, millimiz Avstriya toplanışı çərçivəsində son oyununu iyunun 3-də Kanada yığmasına qarşı keçirəcək.

Qaynarinfo.az