Xəbər lenti

"Rəqiblərim güclü idi" - Arif Hacılı
Siyasət18:28 27.09.2014

"Rəqiblərim güclü idi" - Arif Hacılı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə saat bundan öncə Müsavat Partiyasında keçirilən seçkilərdə Arif Hacılının 228 səslə qalib olması barədə xəbər vermişdik.

Yeni başqan seçki təəssüratlarını “Qafqazinfo”ya bölüşdü: “Bu gün çox maraqlı bir qurultay keçdi. Azərbaycanın siyasət tarixinə yazılan bir qurultay idi. Azad, şəffaf  keçirilən bu seçki bir demokratiya nümunəsidir. Mənim rəqiblərim kifayət qədər güclü idi. Onlar da seçki kampaniyalarında maraqlı çıxış edirdilər. Başqan seçilməyim barədə seçki kampaniyalarında özümdən əminliyimi dilə gətirirdim. Təbii ki, bu əminlik seçki marafonlarında hər zaman bildirilir. Mənim üçün başqan seçilmək xoş oldu”.

Qaynar.info