Xəbər lenti

"Rusiya ABŞ-dan dəfələrlə güclüdür" - Trampdan etiraf
Dünya11:19 16.06.2016

"Rusiya ABŞ-dan dəfələrlə güclüdür" - Trampdan etiraf

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Respublika partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürən amerikalı milyarder Donald Tramp son illərdə Rusiya Silahlı Qüvvələrinin gücləndiyini, rus nüvə arsenalının Amerika nüvə arsenalından daha mükəmməl olduğunu hesab edir.

Qaynarinfo.az azvision.az-a istinadən bildirir ki, bu barədə Tramp (Corciya ştatı) şəhərində çıxışı zamanı deyib. 

"Düzünü desəm, Vladimir Putin Rusiya hərbi qüvvələrini dəfələrlə gücləndirib. Onların hərbi qüvvələri daha güclüdür. O, (Rusiya prezidenti) nüvə silahı ilə məşğul olur, biz isə heç nə ilə", - Tramp vurğulayıb. 

"Bizim nüvə silahımız köhnədir, onun silahı isə, eşitdiyimə görə, yenidir. Yaxşısı budur, ehtiyatlı olun", - Tramp bildirib. 

Qaynarinfo.az