Xəbər lenti

"Rusiya İncirlik bazasından istifadə üçün müraciət etməyib" - Binəli Yıldırım
Dünya14:58 20.08.2016

"Rusiya İncirlik bazasından istifadə üçün müraciət etməyib" - Binəli Yıldırım

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya İncirlik hərbi hava bazasından itifadə ilə bağlı Türkiyəyə müraciət etməyib". "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.
Onun sözlərinə görə, Rusiyanın Türkiyənin aviabazasına ehtiyacı yoxdur: "Rusiya Hərbi-Kosmik Qüvvələrinin Suriyada yerləşmək imkanı var".
Baş nazir Türkiyənin hava sərhədini pozduğuna görə vurulan Rusiyanın "Su-24" döyüş təyyarəsi ilə bağlı hadisəni şərh edərkən bunu lüzumsuz böhran adlandırıb. 
O, Türkiyənin İranla birlikdə Suriyadakı vəziyyətin yaxşılaşması istiqamətində addımlar atmaq və Misirilə münasibətləri inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb.
Qeyd edək ki, İncirlik NATO-nun Türkiyədəki hərbi hava bazasıdır. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri terrorçuların Suriyadakı mövqelərini bombalamaq üçün bu bazadan istifadə edir.  
Qaynarinfo.Az