Xəbər lenti

"Rusiyanı qorxutmaq istəyənlər bilməlidirlər ki..." - Mövlud Çavuşoğlu
Dünya14:52 18.08.2016

"Rusiyanı qorxutmaq istəyənlər bilməlidirlər ki..." - Mövlud Çavuşoğlu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Qərbin Rusiyanı qorxutmaq və ya aşağılamaq cəhdləri yersizdir. 

Qaynarinfo.Az rus mətbuatına istinadən xəbər verir ki, Çavuğoşlu deyib: "Rusiyanı qorxutmaq, aşağılamaq, əhəmiyyətini azaltmağa çalışmaq kimi yanaşma yersizdir. Bununla heç nəyə nail olmaq olmaz".

O, Türkiyəyə də münasibətdə bu sözlərin keçərli olduğunu bildirib.

Çavuşoğlu deyib ki, Qərb ölkələrini Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan kimi liderlərin prinsipiallığı narahat edir: "Bu prinsipiallıqla üzləşən Qərb ölkələri həyəcan və qorxu keçirirlər. Onlar başa düşməılidirlər ki, nə qədər ki, davranış tərzlərini dəyişməyiblər, həmişə bu həyəcanı yaşayacaqlar".

Qızılgül

Qaynarinfo.Az