
"Samsung Electronics" şirkətinin Cənubi Koreyada yerləşən zavodunda yanğın baş verib.
Qaynar.info-nun məlumatına görə, bu barədə ölkənin Renhap agentliyi xəbər verib.
Agentliyin verdiyi xəbərdə bildirilib ki, yanğın paytaxt Seulun 40 kilometrliyində yerləşən zavodun istehsalat sexinin birində baş verib.
Yanğının söndürülməsinə 15-ə yaxın yanğnsöndürmə briqadası cəlb edilib. Təxminən 30 dəqiqədən sonra yanğının qarşısı alınıb.
Xəsarət alanlar haqda məlumat verilmir.
Qaynar.info