Xəbər lenti

"Şeytanın vəkili" öldü
Dünya08:25 17.08.2013

"Şeytanın vəkili" öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türk diplomatlarına sui-qəsd hazırlayan ASALA terrorçuları, "Çaqqal Karlos" ləqəbi ilə tanınan venesuelalı narkobaron Karlos İliç Ramirez Sançes və faşist hərbi cinayətkarı Klaus Barbi kimi şəxsləri müdafiə etdiyi üçün "şeytanın vəkili" ləqəbilə tanınan fransız vəkil Jak Verges ölüb. 

Qaynar.info xəbər verir ki, 89 yaşlı Verges Fransanın paytaxtı Parisdəki evində infarktdan öldüyü bildirilir.

Vergesin Kamboçadakı"Qırmızı Kxmerlər"in lideri Pol Potla dost olduğu deyilirdi. Anti-müstəmləkəçi və kommunist olan Verges 50-ci illərdə Fransada terror törətməkdə ittiham olunan əlcəzairliləri də müdafiə etmişdi. 

Qaynar.info