Xəbər lenti

"Sürücülər kondisionerləri idarə edə bilmirlər" - Nəqliyyat agentliyi
Ölkə12:32 20.09.2016

"Sürücülər kondisionerləri idarə edə bilmirlər" - Nəqliyyat agentliyi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda kondisionerli avtobusların istifadəyə verilməsi sərnişinləri sevindirsə də, bəzi problemlər də yaradıb. Belə ki, sürücülər kondisionerlərlə işləməyi hələ bacarmadıqlarından sərnişinləri qane edən hava sistemini təmin edə bilmirlər. Yeni alınan avtobusların salonlarının dərin, havasız olduğu faktdır. Havalanma sistemi olmadan bu avtobuslarda dayanmaq mümkün deyil. Kondisioner qoşulduqda salon çox soyuq, söndürüldükdə isə çox isti olur. Buna görə də sürücülər yol boyu “kondisioneri yandır” və ya “söndür” deyə narazılıqlar eşitməkdən bezdiklərini deyirlər. Problemdən çıxış yolu nədədir? 

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Qaynarinfo.Az-a açıqlamasında deyib ki, hazırda bu problemi həll etmək mümkün deyil:"Avtobuslarda kondisionerin olması daşıyıcılar qarşısında şərt olaraq qoyulub. Amma bunun iki-üç ay müddətində həyata keçirilməsi mümkün deyil. Kondisioneri olmayan avtobuslara gələn il mayın 25-dək vaxt verilib. Amma hansı avtobuslarda kondisioner varsa, sentyabrın 15-dək qoşulmalıdır. 

Qurum rəsmisinin sözlərinə görə, kondisionerin dərəcəsini dəyişmək sürücüdən asılı olan məsələ deyil: "Çünki o avtobuslarda əvvəlcədən dərəcə 20-ə qoyulub. Bu məsələ əvvəlcədən texniki heyət tərəfindən tənzimlənir. Sürücülərin bu tonu dəyişmək imkanları yoxdur”.

N.Allahyarova deyib ki, gələn il mayın 15-dək avtobusların kondisionerlə təmin olunması məsələsi həllini tapacaq: "Kondisionerlərin aşağı-yuxarı həddinin sürücülər tərəfindən tənzimlənməsi məsələsi də yanaşı olaraq həll ounacaq".               

Qızılgül
Qaynarinfo.Az