Xəbər lenti

"Toğrul Əsgərovu baş zərbəsi ilə zədələmişdilər" - Azad Rəhimov
Dünya17:04 22.08.2016

"Toğrul Əsgərovu baş zərbəsi ilə zədələmişdilər" - Azad Rəhimov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarından sonra statistik rəqəmlər, idmançılarımızın 18 medal qazanması Azərbaycanı xüsusi yerə qoyur".
Bunu gənclər və idman naziri Azad Rəhimov "Rio-2016"da Azərbaycan idmançılarının çıxışlarını olimpiadaya ezam olunmuş jurnalistlərə müsahibəsində dəyərləndirərkən bildirib.
O 
deyib ki, Azərbaycan dünyada idmançıların faydalılığına görə birinci yerdədir: "Bu, məşhur "Telegraf" agentliyinin yaydığı məlumatda da əks olunub. Həmin məlumatda ABŞ 3-cü yerdə göstərilib. Medal sayı baxımından 207 ölkə arasında 15-ci sıradayıq. Bu da inanılmaz dərəcədə yüksək nəticədir. Avropada 7-ci, İslam ölkələri arasında 1-ci, MDB-də 2-ci yerdəyik. Bunlar çox yüksək, gözlənilməz nəticələrdir. Medal keyfiyyəti baxımından isə 39-cu sıradayıq. Baxmayaraq ki, "London-2012"də 30-cu idik. Amma gümüş medalların sayı "qızıl"ları ikiqat əvəzləyir. Sevindirici hal odur ki, 2 deyil, 5 idman növündə medal qazanmışıq".
Onun sözlərinə görə, bizi qızıl medal sayında qabaqlayanlar 2, maksimum 3 növdə medal əldə ediblər: "Həmin ölkələr üstünlüyü bu növlərə veriblər, digər növlər diqqətdən kənarda qalıb. Amma bizim geniş tərkib, 5 növdə medalların qazanılması onu göstərir ki, bizdə hər istiqamətə fikir verilir, nəticə də üzdədir". 
Azad Rəhimov Toğrul Əsgərovun çıxışına da münasibət bildirib: "Toğrul Əsgərov olimpiadaya tam hazır idi. Amma özü ilə görüşəndə sifətində böyük şiş gördük. Səbəbini soruşduq, dedi ki, final görüşündə birinci andan toqquşma oldu".
Nazir Rusiyalı güləşçi olimpiadada sərbəst güləşçilərin 65 kq çəki dərəcəsində final görüşləri zamanı rusiyalı Soslan Ramonovun başla ya qəsdən, ya da təsadüfən hərəkət edərək, olimpiya çempionu Toğrulu Əsgərovu ciddi zədələdiyini söyləyib: "Toğrul deyirdi ki, gözlərim qaralmışdı, görmürdüm. Nəticədə 0:11 hesablı məğlubiyyət oldu. Düzdür, belə məğlubiyyət idmançıya yaraşmır. Amma səbəbi özü ilə görüşəndən sonra məlum oldu. Elə hərəkət də idmançıya yaraşmır. Amma bunun səbəbi var. Bu cür qeyri-idman hərəkətləri, davranışları bizi sevindirmir". ("Report")
Qeyd edək ki, Toğrul Əsgərov "Rio-2016"nı gümüş medalla başa vurub. 
Qaynarinfo.Az