Xəbər lenti

"Türk qanı istəmirik" - AVROPANI QARIŞDIRAN HADİSƏ
Dünya07:11 13.02.2014

"Türk qanı istəmirik" - AVROPANI QARIŞDIRAN HADİSƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avstriya Qırmızı Xaç Təşkilatının Linz şöbəsində işləyən qadın həkimin "müsəlman və türk qanı istəmirik" açıqlaması ölkəni bir-birinə qatıb.

Qaynar.info
xəbər verir ki, Avstriyada irqçilik qarşıdurmalarını alovlandıran hadisə Linz İslam Camaatı adlı müsəlman təşkilatı üzvləri arasında qanvermə kampaniyası keçirməsindən sonra başlayıb.

Linz Rotes Kreuz şöbəsinə müraciət edən müsəlmanlar oradakı qadın həkim tərəfindən qovulub. Həkim onlara müsəlman və türk qanı almadıqlarını deyib.

Hadisənin mətbuata çıxmasından sonra çətin vəziyyətə düşən Linz Qırmızı Xaç Təşkilatının rəhbəri Kristian Qabriel, "Cənub şərqi Avropa ölkələrində Hepatit B virusu yayılıb. Buna görə də qanların alınması rədd edilib" açıqlamasını verib.

Qaynar.info