Xəbər lenti

"Türkiyə cəmiyyəti hələ də avtoritardır" - Azər Qasımlı
Siyasət09:11 31.03.2014

"Türkiyə cəmiyyəti hələ də avtoritardır" - Azər Qasımlı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Türkiyədəki bələdiyyə seçkiləri onu göstərdi ki, Türkiyədə təməl olaraq siyasi sistem hələ də stabil deyil və oturuşmayıb". 

Qaynar.info xəbər verir ki, bunu REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı deyib.

O bildirib ki, Türkiyə siyasətində din əsas rol oynayan amillərdəndir: "Məncə, səbəbi ilk olaraq ondadır ki, Qərb demokratiyalarından fərqli olaraq Türkiyədə din bir ideoloji kimi siyasətin içindədir. Ölkədə sadəcə sağlarla sollar deyil, o cümlədən də türkçülüklə isamçılığın bir rəqabəti var. 

İkinci problem də ondadır ki, Türkiyə cəmiyyəti hələ də avtoritardır: ideyalardan çox liderlərə önəm verir. Ona görə qorxuram ki, Türkiyədə heç bir zaman Qərb demokratiyalarında olduğu kimi istiqrarlı siyasi mədəniyyət olmayacaq. Almaniyada, ABŞ-da, İngiltərədə, Fransada olduğu kimi uzun müddət fəaliyyət göstərən və yalnız ideolojilərə, dəyərlərə söykənən siyasi partiyaların rəqabəti Türkiyədə olmayacaq. 

Məsələn, Ərdoğansız AKP  heç nədir, necə ki, DYP Tansu Çillərsiz, ANAP da Özalsız və Yılmazsız heç nə oldular. Uzun sözün qısası, Türkiyənin siyasi tablosu irəlidə hələ neçə dəfə bax belə bu gün olduğu kimi radikal şəkildə dəyişəcəkdir.

Amma yenə də ən önəmlisi odur ki, nəticələr rəqabətli, şəffaf seçkilərin nəticələridir və türk xalqının iradəsini əks etdirir. Demokratiya zəfər çaldı, amma Türk mədəniyyətinə xas olan demokratiya!"

Qaynar.info