Türkiyə hakimiyyətinin anti-Rusiya mövqeyi yaxın gələcəkdə ikitərəfli əlaqələrin normallaşmasını mümkünsüz edir.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2015-ci il hesabatında deyilib.
“Türkiyə ilə əlaqələr müəyyən xəttə qədər davam etdi. Bəzi mövzularda o cümlədən, regional münaqişələrlə bağlı fikir ayrılıqlarımız var. Siyasi və hərbi sahədəki əlaqələrimiz tamamilə kəsilib. Mövcud durum yaxın gələcəkdə Türkiyə ilə əlaqələrimizin normallaşmasını vəd etmir”, - məlumatda vurğulanıb.
Qaynarinfo.az