
Amerika Birləşmiş Ştatları Türkiyənin Fətullah Gülənlə bağlı təqdim etdiyi sənədlərin rəsmi sorğu hesab olunmadığını bəyan edib.
Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner açıqlama verib.
O bildirib ki, ekstradisiya məsələsinə gəlincə, Türkiyə hökuməti bizə bir neçə paket sənəd göndərib ki, indi onları araşdırırıq: "Bu proses bir gecəyə yekinlaşa bilməz, axı göstərilən dəlillərin yoxlanılması üçün vaxt lazımdır.Bizim əvvəl aldığımız sənəd də rəsmi sorğu deyildi. Ondan sonra bizə yenə də xeyli məktub göndəriblər. Ekspertlər onları öyrənir və çalışırlar müəyyən etsinlər ki, bu dəfə həmin məktublar rəsmi sorğunu əks etdirir, ya yox".
Qızılgül
Qaynarinfo.Az