Xəbər lenti

"Vəziyyəti qaydaya salacağıq" -erməni baş nazir
Dünya11:12 21.07.2016

"Vəziyyəti qaydaya salacağıq" -erməni baş nazir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Ermənistan hakimiyyəti vəziyyəti yoluna qoymaq üçün əlindən gələni edəcək". "Qaynarinfo.Az" erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Ovik Abramyan deyib.

"17 iyulda baş verənlər yolverilməzdir" deyə baş nazir hökumətin iclasında bildirib. O, PPX-yə hücum zamanı öldürülən polkovnik Artur Vanonyanın ailəsinə və yaxınlarına başsağlığı verib:

"PPX alayında baş verənlər yolverilməzdir və qınanılmalıdır. Çünki güc vasitəsilə həqiqi dəyişikliyə nail olmaq mümkün deyil. Bu, qorxulu və perspektivsiz prosesdir. Hökumət vəziyyətin dinc yolla qaydaya salınması üçün əlindən gələni edəcək".

Qeyd edək ki, artıq 4-cü gündür silahlı qruplaşma Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayır. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Dünən İrəvanda polis və mülki vətəndaşlar arasında baş vermiş toqquşmalar nəticəsində isə 4 polis əməkdaşı yaralanıb. Silahlılar hazırda 4 nəfəri girov saxlayır.

Qızılgül

Qaynarinfo.Az