Xəbər lenti

"Wi-Fi"ın daha bir ziyanı ortaya çıxdı - FAKT
Dünya12:16 20.12.2013

"Wi-Fi"ın daha bir ziyanı ortaya çıxdı - FAKT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Danimarkalı lisey şagirdləri müşahidələr əsasında Wi-Fi siqnallarının ev bitkilərini məhv etdiyini ortaya çıxarıblar.

Qaynar.info
xəbər verir ki, Şimali Yutland bölgəsindəki Hjallerup məktəbinin 9 qız şagirdi mpbil telefonlarını baş tərəflərinə qoyarkən yata bilmədiklərini müşahidə ediblər.

Məktəbdə beyin dalğalarını ölçən cihaz olmadığı üçün şagirdlər ənənəvi üsuldan istifadə ediblər. Onlar Wi-Fi cihazının yanına 6 qab gül toxumu qoyulub. Eyni toxumlar Wi-Fi olmayan otaga da yerləşdirilib. Hər iki otağa lazımi qaydada istilik, rütubət və günəş işığı verilib.

12 gündən sonra Wi-Fi olmayan otaqdakı toxumlar cücərməyə başlayıb. Wi-Fi olan otaqdakı toxumlar isə çürüməyə, hətta mutasiya olunmağa başlayıb.

Həmin təcrübə bir neçə dəfə həyata keçirilib. Nəticələr isə əvvəlkindən fərqlənməyib.

Qaynar.info