
ABŞ dövlət katibi Con Kerri Suriya probleminin həlli ilə bağlı keçirilməsi planlaşdırılan Cenevrə-2 konfransının tarixinin yaxın günlərdə məlum olacağını deyib.
Qaynar.info xəbər verir ki, Yaxın Şərq görüşləri çərçivəsində İordaniyanın paytaxtı Əmmana gələn Kerri iordaniyalı həmkarı Nasir Cevde ilə birgə mətbuat konfransı keçirib.
Kerri Suriya probleminin həlli məsələsində qərarlı olduqlarını deyib: "Əsədin vəhşiliyini dayandırmaq üçün işləməyimiz lazımdır. Rejim humanitar yardımların çatdırılmasına mane olduğu üçün xalq it pişik əti yeyir. ABŞ olaraq düşünürük ki, Əsəd tez bir zamanda hakimiyyətdən getməlidir".
Qaynar.info