Topaz Premyer Liqasının VIII turunun oyunları start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə oyununda "Xəzər Lənkəran" "İnter"i qəbul edib. Mövsümə uğursuz başlayan və 7 turda cəmi 4 xal qazanan "İnter" "qara zolaq"dan "Fırtınalar meydanı"nda çıxıb. Bank klubuna qələbə qazandıran yeganə qola 10-cu dəqiqədə Matiya Şpiçiç imza atıb - 1:0. Beləliklə, "Xəzər Lənkəran"ın ardıcıl iki oyunda qələbə qazandıqdan sonra doğma azarkeşləri önündə məğlubiyyətə üzülüb.
Qeyd edək ki, turun iki oyunu sabah, ikisi isə bazar günü baş tutacaq.
Premyer Liqa 2013/14 mövsümü VIII tur 27 sentyabr Xəzər Lənkəran - İnter 0:1 Qol: Matiya Şpiçiç, 10.