
Bu gün "Xəzər Lənkəran"ın yeni baş məşqçisi Con Benjamin Toşak Bakıya gələcək. Qaynar.info-nun klubun saytına istinadən yaydığı xəbərə görə, İstanbuldan uçan təyyarə yerli vaxtla saat 17:00-da Heydər Əliyev adına Bakı hava limanında enəcək.
Martın 17-də isə C.Toşakın təqdimetmə mərasimi və mətbuat konfransı keçiriləcək. Tədbir saat 12:00-da baş tutacaq.
Qaynar.info