
"Xəzər Lənkəran" klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Anspress-in məlumatına görə, komandanın baş məşqçi vəzifəsinə türkiyəli mütəxəssis Oğuz Çətin təyin olunub. Ötən ilin dekabrından etibarən Mustafa Dənizlinin köməkçisi vəzifəsində çalışan O.Çətin komandanı çempionatın son 4 turunun oyunlarına baş məşqçi qismində çıxarmışdı.
"Fənərbaxça", "Erciyesspor", "Gənclərbirliyi" və "Diyarbakırspor" klublarını çalışdırmış Oğuz Çətin 5 il müddətində Türkiyə milli komandasının məşqçilər korpusunda yer alıb.
"Xəzər Lənkəran"a gəlişindən öncə işlədiyi son klub "Boluspor" olub.
Qaynar.info