
Türkiyədə dövlət çevrilişi etməyə cəhd edən əsgərlər bir müxbiri də öldürüblər.
"Qaynarinfo.Az" türk mətbuatına istinadən xəbər verir ki, "Yeni Şafak" qəzetinin fotomüxbiri Mustafa Cambaz Çengelköydə polis idarəsinə hücum edən əsgərlər tərəfindən başından vurulub.
Cambazın şəhid olma xəbərini "Yeni Şafak"ın baş redaktoru İbrahim Karagül "Twitter" hesabından "Qardaşım, iş yoldaşım Mustafa Cambaz, Gülənin terroristləri tərəfindən şəhid edildi. Allah rəhmət eləsin." sözləri ilə xəbər verib.
Qızılgül