Xəbər lenti

Dünya 17:40 24.07.2023

QUR PUA-ların Moskvaya hücumunu şərh etdi: “Bu proses davam edəcək”

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Moskvaya səhər saatlarında pilotsuz təyyarələrin hücumunu şərh edərkən qeyd edir ki, bu proses rus işğalçıları Ukraynadan çıxana qədər davam edəcək və sürət qazanacaq.

Qaynarinfo xəbər verir ki, o, bunu telemarafonun efirində https://www.youtube.com/watch?v=PMlmW64xFjg səhər saatlarında Moskvada binalara pilotsuz təyyarələrin çırpılması ilə bağlı sualı cavablandırarkən deyib.

"Həqiqətən yaxşı xəbərdi, hamı sevinir. "Partapart”ın Moskvada, bilavasitə terror dövlətinin, təcavüzkar dövlətin təhlükəsizlik və müdafiə sektorunun əsas qurumlarının yerləşdiyi meydanda baş verməsi o deməkdir ki, hətta bu cür obyektlər və onların üstündəki səma artıq Putin rejiminin nəzarətində deyil", - Yusov bildirib.
Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi vurğulayıb ki, eyni zamanda müxtəlif yerlərdə - müvəqqəti olaraq işğal olunmuş Ukrayna ərazilərində, xüsusən Krımda və paralel olaraq Moskvada çoxlu "partapartlar” müşahidə olunur.

"Bu, raşistlər Ukrayna ərazilərini tərk edənə və beynəlxalq hüquq, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ədalət bərpa olunana qədər davam edəcək və sürət qazanacaq prosesdir", - Yusov vurğulayıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->