Xəbər lenti

Quran yandırma aksiyası: Polis atəş açdı, 17 nəfər həbs edildi
Dünya09:00 18.04.2022

Quran yandırma aksiyası: Polis atəş açdı, 17 nəfər həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveçdə Quranın yandırılmasından sonra çıxan iğtişaşlarda 3 nəfər yaralanıb.
Qaynarinfo bu barədə "The Week” saytının məlumatına istinadla xəbər verir.
İsveçin islam əleyhdarı, ifrat sağçı qrupu "Sərt xətt”in (Stram Kurs) Orebro şəhərində Quran yandırmaq planı iğtişaşlara səbəb olub. Plana qarşı etiraz edən digər qrupun şəhərdəki aksiyası ifrat sağçılarla toqquşmalara gətirib çıxarıb və nə nəticədə polis 3 nəfərə atəş açıb.
İki gün arda-arda İsveçin bir sıra şəhərlərində baş verən qarşıdurmalar Orebro şəhərində zorakı toqquşma ilə kuliminasiya nöqtəsinə çatıb. Toqquşmaların üçüncü günündə dördü polis maşını olmaqla, onlarla maşın yandırılıb və 12 polis əməkdaşı yaralanıb. Polis 17 nəfəri həbs edib.
"Sərt xətt” isveçli siyasətçi və hüquqşünas Rasmus Paludan tərəfindən yaradılıb. O, islam və immiqrasiya əleyhinə siyasəti ilə seçilir.
O, hər il müxtəlif yerlərdə Quran yandırma aksiyaları keçirməyə cəhd edir. Paludan irqçilik ittihamı ilə 2020-ci ildə Danimarkada bir aylıq həbsə məhkum edilib.
Nurlan Hüseynov