İsveçin baş naziri Ulf Kristersson müsəlmanların Qurban bayramında Stokholmda Quran yandırma aksiyasının keçirilməsini tamamilə qanuni hesab edir.
Qaynarinfo xəbər verir ki, Eeyni zamanda o, bu cür hərəkətləri "yersiz” hesab etdiyini vurğulayıb.
"Başa düşürəm ki, bunlar məqsədli təxribatlardır. Bunun qanuni olması məncə uyğun olduğu anlamına gəlmir", deyə nazir İsveçin "Aftonbladet" qəzetinə bildirib.
İsveç hökuməti başçısının sözlərinə görə, yalnız polisin küçə aksiyalarını əlaqələndirmək üçün müstəsna səlahiyyəti var, ölkə hakimiyyəti bu prosesə müdaxilə etmək imkanından məhrumdur. Eyni zamanda, Ulf Kristersson Quranın açıq şəkildə yandırılmasının təşkilatçılarını bu barədə düşünməyə çağırıb, çünki onların davranışı müsəlmanları incidə bilər.
Aprelin əvvəlində İsveç İnzibati Məhkəməsi İsveç Xarici İşlər Nazirliyinin Quranın yandırıldığı nümayişlərə qoyduğu qadağanı ləğv edib. Məhkəmə qərarında toplaşma və nümayiş azadlığının konstitusiya ilə qorunan hüquqlar olduğunu qeyd edib.
Stokholmda Quranın yandırılması ilə bağlı aksiya yanvarın sonunda keçirilib. Daha sonra Türkiyə səfirliyi qarşısında nümayiş keçirilib. Onu ifrat sağçı və anti-İslamçı Hard Course partiyasının danimarkalı-isveçli fəalı Rasmus Paludan təşkil edib. Bundan sonra Türkiyə İsveçin NATO-ya daxil olmasına razılıq verməyəcəyini açıqlayıb.
Aydın