Xəbər lenti

Qurban Qurbanov bu futbolçunu cəzalandırdı - İntizamı pozub
İdman 14:45 23.02.2026

Qurban Qurbanov bu futbolçunu cəzalandırdı - İntizamı pozub

"Qarabağ"ın futbolçusu Sami Mmae əvəzedici heyətə göndərilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la (İngiltərə) cavab matçından öncə Bakıdakı mətbuat konfransında açıqlama verib.

Baş məşqçi bildirib ki, futbolçu idman intizamını pozduğu üçün əvəzedici komandaya göndəriıib. O, mərakeşli müdafiəçinin hazır olmadığını da deyib:

"Hazır olanları heyətə salacağıq. Mmae idman intizamını pozduğu üçün əvəzedici heyətə göndərilib. Bəzən bu addımları atmaq lazımdır. Amma qaydalar çərçivəsində bunu həyata keçirmək lazımdır".

--> -->