İdman 14:04 10.09.2022

Qurban Qurbanov qrupun ən təhlükəli komandasını açıqladı

"Nant"ın matçlarına baxmışam. Bir az fərqli sistemdə oynayır. Heç də asan rəqib deyil".

Qaynarinfo xəbər verir ki, bu sözləri ağdamlıların baş məşqçisi Qurban Qurbanov Almaniyada 1:2 hesabı ilə uduzduqları görüşdən sonra Heydər Əliyev Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

"İlk turdan göründü ki, bütün komandalar iddialıdı. Bakıda oynayacağıq. Rəqibi analiz edib, düzgün oyun qurmağa çalışacağıq. "Nant"a qalib gəlmək istəyiriksə, ilk matçdakından daha çox güc sərf etməliyik. Bəlkə də qrupun ən təhlükəli komandasıdı", deyə Qurbanov bildirib.

Qeyd edək ki, "Qarabağ" - "Nant" matçı sentyabrın 15-də keçiriləcək.