Xəbər lenti

Qurban Qurbanovun oğlundan yubiley qolu
İdman06:45 08.08.2022

Qurban Qurbanovun oğlundan yubiley qolu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Musa Qurbanlı və Ramil Şeydayev "Qarabağ”ın formasında Premyer Liqada yubiley qollarına imza atıblar.
Qaynarinfo PFL-in rəsmi saytına istinadən xəbər verir ki, hər iki futbolçu Ağdam təmsilçisinin heyətində 10-a çatıb.
Bu, Misli Premyer Liqasının I turunda gerçəkləşib. "Səbail” üzərində 3:1 hesablı qələbə zamanı hesabı açan Musa 10-cu qolunu 21-ci oyununda vurub. Dubl müəllifi olan Ramil isə "Qarabağ”dakı 41-ci çempionat görüşündə bunu bacarıb. O, Azərbaycan çempionatında "Qarabağ” forması ilə ən azı 10 qol vuran 40-cı futbolçu olub. "Səbail”lə görüşədək 38 oyunçu bunu bacarmışdı.
Premyer Liqadakı ümumi qol sayında Şeydayev 16-ya, Qurbanlı 11-ə çatıb.
Səbuhi Həsənov