Xəbər lenti

Qurbanov, Berdıyev və Qriqorçuk gerilədi, Santuş isə...
İdman15:00 13.08.2024

Qurbanov, Berdıyev və Qriqorçuk gerilədi, Santuş isə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın ən güclü məşqçilərinin yeni siyahısı açıqlanıb.
Qaynarinfo xəbər verir ki, planetin 500 ən güclü mütəxəssisin olduğu siyahıda Azərbaycandan 4 baş məşqçi var.
Cədvəldə yeganə azərbaycanlı olan Qurban Qurbanovun aktivində 1668 xala var. Ötən siyahı ilə müqayisədə 7 xal itirən və 9 pillə geriləyən "Qarabağ"ın 52 yaşlı baş məşqçisi 147-ci pilləni tutur. 
Azərbaycanda çalışan mütəxəssislər arasında ən yaxşı nəticə "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyevə məxsusdur. Aktivində 1790 xal olan tatar məşqçi 57-ci yeri tutur. Berdiyev 6 xal itirərək 2 pillə geriləyib.
Milli komandamızın baş məşqçisi Fernandu Santuş mövqeyini qoruya bilib. Portuqaliyalı mütəxəssis 1624 xalla 183-cü yerdə qərarlaşıb.
"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk da geriləyib. Bir xal itirən və iki pillə geriləyən ukraynalı 1480 xalla 421-cidir. 
Qeyd edək ki, siyahıya "Mançester Siti"nin Pep Qvardiola başçılıq edir - 2240 xal.
Aydın