İqlim dəyişikliyinə qarşı lazımi tədbirlər görülməsə, qütb ayılarının nəsli bu əsrin sonuna qədər tükənə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Toronta Universitetinin mütəxəssisləri araşdırma aparıb. Kanadalı alimlərin fikrincə Şimal Qütbündə buzların sürətlə əriməsi qütb ayılarının həyatda qalma qabiliyyətlərini azaldıb.
Qütb ayıları buz təbəqələri üzərində suitiləri ilə bəslənirlər. Təbəqələrin əriməsi səbəbindən heyvanların ov tapmaq və balalarını bəsləmək üçün uzun məsafələr qət etmək və qida tapmaq şanslarınn aşağı olduğu sahillərə enmək məcburiyyətində qaldıqları bildirilir.
Mütəxəssislər normal qütb ayılarının 255 gün ac qala bildiklərini, lakin balalarının aclığa tap gətirmədiyini qeyd edirlər.
Camal