Xəbər lenti

Quterreş Ukraynada: “O dağıdılmış evdə öz ailəmi, nəvələrimi təsəvvür edirəm...”
Dünya12:51 28.04.2022

Quterreş Ukraynada: “O dağıdılmış evdə öz ailəmi, nəvələrimi təsəvvür edirəm...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
BMT baş katibi Antonio Quterreş Kiyev ətrafındakı müharibə dağıntıları olan əraziləri gəzib.
Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir ki, Antonio Quterreş rus ordusu tərəfindən mülki insanların qətl edildiyi Borodyenko şəhərini gəzib və gördüklərini 21-ci əsrin absurdluğu adlandırıb.
"O dağıdılmış qara evlərdən birində öz ailəmi təsəvvür edirəm. Nəvələrimin panika içində qaçdıqlarını görürəm...” - Quterreş deyib.
BMT baş katibi Putinlə danışıqlar üçün görüşdüyünə görə bir müddətdir rəsmi Kiyev tərəfindən tənqid olunur.
"21-ci əsrdə müharibə absurddur. Müharibə bəladır. 21-ci əsrdə bir müharibə heç cür qəbul edilə bilməz”, - deyə baş katib bildirib.
Antonio Quterreş səfəri çərçivəsində qətliamların baş verdiyi Buça şəhərinə də gedəcək.
Nurlan Hüseynov