Xəbər lenti

Qvardiyanın 16 əsgəri qəzaya uğradı
Dünya16:13 10.08.2013

Qvardiyanın 16 əsgəri qəzaya uğradı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mərakeşin şimalında baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində kral qvardiyasının 16 əsgəri həlak olub, 42 nəfər isə yaralanıb, onlardan 8-nin vəziyyəti ağır olduğu bildirilir.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, qəza Sidi Fəttuh yaşayış məntəqəsinin yaxınlığında baş verib. Məlumata görə, qəzaya səbəb sürücünün döngədə idarəetməni itirməsi olub.  Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq 200 metr dərinliyi olan dərəyə düşüb.

Mərakeş kralı  VI Məhəmməd ölən əsgərlərin ailələrinə başsağlığı verib.

Qaynar.info