Qvatemalada sərnişin avtobusu yük maşını ilə toqquşub.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində azı 20 nəfər ölüb, 12 nəfər isə yaralanıb. Hadisə paytaxt Qvatemalanın 150 kilometr şərqində meydana gəlib. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.