Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həbsini ABŞ xüsusi xidmət orqanlarının Rusiya prezidenti Vladimir Putinə hədiyyə etdiyi ortaya çıxdı.
Qaynarinfo xəbər verir ki, bunu Ali Radanın "Müxalifət Platforması - Həyat Üçün" partiyasından olan deputatı İlya Kiva deyib.
"Birinci Müstəqil” telekanalının efirində o, öz əminliyini bəzi dəlillərlə dilə gətirib. Ona görə, Saakaşvilinin Gürcüstana nəticəsiz qayıda biləcəyinə əmin edən məhz amerikalılar olub. O, ABŞ Dövlət Departamentinin Ukrayna və Gürcüstanda hər şeyə nəzarət etdiyini də iddia edir. Dövlət Departamenti keçmiş lideri ölkəsinə çatdırmaq üçün bir dəhliz təşkil edib.
Kiva həmçinin iddia edir ki, Saakaşvilinin həbsi Gürcüstanın 2008-ci ildə Cənubi Osetiyaya hücumunun təzminatıdır.
Bundan əvvəl həbsxanadan Saakaşvilinin göndərdiyi məktubların birində o özünü Rusiya prezidenti Vladimir Putinin "şəxsi məhbusu" adlandırmışdı.
Bu arada Gürcüstanda həbs olunan Saakaşvilinin vəkili aclıq aksiyasının səkkizinci günündə siyasətçinin səhhətinin pisləşməyə başladığını bildirib. O, həbs olunandan dərhal sonra aclıq aksiyasına başlayıb. Siyasətçinin həbsi oktyabrın 1-də məlum olub. Hazırda ona bir neçə cinayət işi açılıb və o, Rustavi şəhər həbsxanasında saxlanılır.
Hakim "Gürcü Arzusu” partiyasının rəhbəri İrakli Kobaxidzenin Tbilisidə saxlanılan Saakaşvilinin Rusiyanın maraqlarından çıxış etdiyini söyləməsi isə xüsusilə maraqlıdır. Onun sözlərinə görə, siyasətçi doqquz il hakimiyyətdə olarkən guya Gürcüstan ərazisinin 20 faizini və strateji iqtisadi obyektləri bu ölkəyə köçürüb. Bundan sonra müxalifətdə olduğu üçün "rus işi aparamağa” davam edib. Kobaxidze əlavə edib ki, o, indi də Gürcüstana "Rusiyaya işləmək üçün" gəlib.
Bu arada, Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin üzvü Yelena Panina deyib ki, gürcü tərəfinin guya Saakaşvilinin Rusiyanın maraqlarına uyğun hərəkət etməsiylə bağlı dediyi sözlər bu ölkənin hakimiyyətinin qərbyönümlü kursu ilə əlaqəlidir.
Alpər