Xəbər lenti

Radanın deputatı Ukraynanın məhv edilməsi planından danışdı
Dünya10:23 25.06.2020

Radanın deputatı Ukraynanın məhv edilməsi planından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Verxovna Radasının "Müxalifət Platforması - Həyat uğrunda" fraksiyasından olan deputat İlya Kiva Ukraynanı "aktiv və koloniya"ya çevirəcək məhv etmə planından danışıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə partiyanın rəsmi saytında bildirilib.
Parlamentarinin qeyd etdiyi kimi, bu planın hissələrindən biri millətçi və sağçı radikal təşkilatların təcavüzkar hərəkətlərini əhatə edir.
"Ölkəmizin məhv edilməsi prosesi başlandı",- Kiva deyib. Onun sözlərinə görə, guya insanları küçədə güllələməyə hazır olan "silahlı dəstə də hazırlanıb". Deputat bildirib ki, bu adamlar arasında "Milli Korpus” da daxil olmaqla bir sıra orqanlarda çalışan, o cümlədən reketlər vasitəsilə pul əldə edən, biznesləri dağıdan və insan oğurluğuyla məşğul olan şəxslərin olduğunu bildirib. Deputat deyib ki, bu, cəmiyyətin tam parçalanması və ölkənin məhv edilərək "koloniya”ya çevrilməsi planının bir hissəsidir.
Parlament üzvü qeyd edib ki, çərşənbə axşamı məhz radikallar müxalif Xalqın Xidmətçiləri Partiyasından olan millət vəkili Sergey Litvinenkoya hücum etməyə cəhd ediblər.
Alpər