"Müxalifət Platforması - Həyat Naminə” partiyasını təmsil edən Rada deputatı Vadim Rabinoviç sosial şəbəkələrdə Qərbin Ukraynaya qarşı müharibəsinin başlaması barədə danışıb.
Qaynarinfo zəbər verir ki, deputatın sözlərinə görə, diplomatların ölkədən çıxarılması, investorların ölkəni tərk etməsi, vətəndaşların təxliyyəsi və hava nəqliyyatının dayandırılması ilə bağlı Qərb tərəfdaşlarının bütün tövsiyələri güclü sanksiyaları xatırladır.
"Müharibə başlayıb, amma onu Qərb aparır! Qərb tərəfdaşlarının indi gördüyü bütün hərəkətlər ən güclü sanksiyaları xatırladır”, - Rabinoviç bildirib.
O, aydınlaşdırıb ki, bu hərəkətlərə görə Ukrayna iqtisadiyyatı sadəcə olaraq çökəcək.
Alpər