Xəbər lenti

Radikal qruplaşmanın liderini Azərbaycan sərhədçiləri saxlayıb? (AÇIQLAMA)
Ölkə11:02 03.09.2021

Radikal qruplaşmanın liderini Azərbaycan sərhədçiləri saxlayıb? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan-Rusiya dövlət sərhədində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Vladislav Pozdnyakov adlı şəxs saxlanılmayıb.
Bu barədə Qaynarinfo-ya DSX-dən bildirilib.
Qeyd edək ki, Rusiyada özünü "Kişi dövləti"nin lideri kimi təqdim edən, radikal-milliyətçi Vladislav Pozdnyakovun Azərbaycana keçmək istəyərkən saxlanılması barədə məlumat yayılmışdı.
"Kişi dövləti" 2016-cı ildə Vladislav Pozdnyakov tərəfindən VKontakte sosial şəbəkəsində yaradılıb. 2017-ci ildə isə təşkilatın regional bölmələri yaranmağa başlayıb. Bununla yanaşı, "VKontakte" 2020-ci ildə təşkilatın səhifəsini zorakılığa çağırış etdiyindən bloklayıb. Bunun ardınca, "Kişi dövləti" öz fəaliyyətini fəal olaraq teleqramda davam etdirməyə başlayıb. "Kişi dövləti" nasionalist və qadınlara qarşı zorakılığa çağırışla bağlı postlar paylaşır və şəbəkə ilə onlara qarşı hücumlar təşkil edir.