Xəbər lenti

Rafael Qrossi: İranın nüvə fəaliyyətində nə baş verdiyini bilmirəm
Dünya10:06 26.07.2022

Rafael Qrossi: İranın nüvə fəaliyyətində nə baş verdiyini bilmirəm

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın nüvə proqramı sürətlə genişləndiyi halda, qurumun İranda baş verənlərlə bağlı məlumatı azdır.
Qaynarinfo xəbər verir ki, bunu CNN-ə müsahibəsində Dünya Atom Enerjisi Təşkilatının direktoru Rafael Qrossi deyib. Onun dediyinə görə, İranın nüvə proqramında nə baş verdiyi dəqiq bilinmir.
O, İrana Atom Agentliyin müfəttişlərinin girişinin məhdudlaşdırıldığını və müşahidə kameralarının söndürüldüyünü qeyd edib.
Agentliyin baş direktoru deyib ki, İranın nüvə silahı istehsal etdiyini sübut edəcək heç bir sənəd yoxdur, lakin İranın yanaşması və səyləri bu məsələyə işarə və əlamət ola bilər.
O, İranda uranın 60% saflıqda zənginləşdirilməsini xatırladaraq deyib ki, bu da nüvə silahı hazırlamaq üçün lazım olan 90% zənginləşdirmədən bir qədər azdır.
Direktor İranla nüvə sazişinin gələcəyini qaranlıq adlandırıb və ona nail olmaq şanslarını aşağı hesab edib.
Qrossi İranın nüvə fəaliyyətləri ilə bağlı dərin narahatlığını ifadə edib, lakin İran nüvə proqramının dinc xarakter daşıdığını və nüvə silahı istehsal etmək niyyətinin olmadığını bildirib.
Aydın