Xəbər lenti

Rafael Qrossi: İranın nüvə proqramı çox sürətlə irəliləyir
Dünya07:02 03.08.2022

Rafael Qrossi: İranın nüvə proqramı çox sürətlə irəliləyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi deyir ki, İranın mübahisəli nüvə proqramı son dərəcə sürətlə irəliləyir.
Qaynarinfo bu barədə DW-nin fars bölməsinə istinadən xəbər verir.
Qrossi dünən axşam jurnalistlərə bildirib ki, İranın nüvə proqramı həm ambisiya, həm də imkan baxımından genişlənir.
Qrossi İranın ötən günlərdə texniki cəhətdən atom bombası hazırlamağa qadir olduğunu açıqlayıb, lakin İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ölkəsinin, qadir olsa da, bunu etmək niyyətində olmadığını deyib.
Həmçinin, dünən İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi təkmilləşdirilmiş 500 Sentrifuqaya uran hidroxlorid qazının vurulduğunu açıqlayıb.
Qərb hökumətləri illərdir ki, 2015-ci ildə imzalanan və ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2018-ci ildə gedişi ilə tədricən dağılan JCPOA sazişini canlandırmağa çalışır. ABŞ-ın JCPOA-dan çıxmasından sonra İran hökuməti əks tədbirlərə başlayıb.
Aydın