Respublikaçılar Partiyasından prezidentliyə namizəd Vivek Ramasvami Donald Trampın Ağ Evə qayıtması halında vitse-prezident olmaq şansını artırmaq üçün yarışdan çıxa bilər.
Qaynarinfo xəbər xəbər verir ki, bu barədə "Newsweek"
yazıb.
Ramasvaminin planları ilə bağlı söz-söhbətlər kampaniyanın Ayova və Nyu-Hempşir ştatında keçiriləcək praymerizlərdən həftələr əvvəl televiziya reklamı üçün maliyyəni kəsəcəyini elan etdiyi vaxt gəlib. Bununla belə, şübhələr daha əvvəl yaranıb.
Dövlət başçısı vəzifəsinə namizədin özü isə deyib ki, Tramp qalib gəlsə, vitse-prezident postu uğrunda mübarizə aparmaq niyyətində deyil. Onun sözlərinə görə, televiziyada reklam sadəcə olaraq sərfəli deyil, ona görə də maliyyəni başqa formatlara yatırmaq lazımdır.
Ramasvami də digər respublikaçı namizədlər kimi populyarlıq baxımından Trampdan xeyli geri qalır, lakin kampaniyası zamanı mütəmadi olaraq rəqibini tərifləyir. Hadisələrin bu inkişafı amerikalıları inanmağa vadar edir ki, o, əslində Trampın komandasına qoşulmaqda maraqlıdır və onun haqqında müsbət fikirlər söyləyir.
"Onun bütün kampaniyası əməliyyat idi. O, debatlarda Trampın etibarlı adamı olub. İndi mübarizədən əl çəkməzdən əvvəl reklam çarxlarını götürür və Nazirlər Kabinetində vəzifə üçün Trampı dəstəkləyir", deyə nəşr Trampın tənqidçisi və "YouTube"da "MAGA Uncovered, Track & Report" şousunun aparıcısı Ron Filipkovskidən sitat gətirir.
Aydın