Xəbər lenti

Ramazanda ABŞ-da təhlükəsizlik tədbirləri gücləndiriləcək
Dünya08:32 02.05.2019

Ramazanda ABŞ-da təhlükəsizlik tədbirləri gücləndiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Nyu York şəhəri və Nyu Cersi ştatında Ramazan ayında ibadət yerlərində təhlükəsizlik tədbirləri artırılacaq.
Qaynarinfo xəbər verir ki, Nyu York valisi Endryu Kuomo son aylarda Yeni Zellandiyada məscid, Şri-Lankada kilsələrə təşkil edilən terror hücumlarını misal gətirərək Ramazan ayı ilə əlaqədar lazımi təhlükəsizlik tədbirlərinin təşkil ediləcəyini açıqlayıb. 
Nyu Cersinin Bergen ərazisində də məscidlərdə eyni addım atılacaq. Bu barədə ərazi rəsmisi Antoni Kyuton məlumat verib və insanların küçədə deyil, ibadətxanalarda da təhlükəsiz hiss etmələrini istədiklərini açıqlayıb.
Gülşən