Xəbər lenti

Ramil və Ayaza Rusiya yığmasından dəvət gəldi
İdman12:35 22.08.2015

Ramil və Ayaza Rusiya yığmasından dəvət gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Seçmə mərhələdə 21 yaşadək millimizin (U-21) rəqibi olan Rusiya millisinin baş məşqçisi Dmitri Xomuxa sentyabrın 4-də Finlandiya və sentyabrın 8-də Avstriya ilə oyunlar üçün heyəti açıqlayıb.
Qaynar.info Rusiya Futbol İttifaqının saytına istinadən xəbər verir ki, 23 futbolçunun çağırıldığı bu matçlarda 2 azərbaycanəsilli futbolçuya da dəvət göndərilib.
Belə ki, atası azərbaycanlı, anası rus olan Ramil Şeydayev Rusiya millisinin Andrey Panyukovla birgə 2 hücumçusundan biri olacaq. Ümumiyyətlə, "Rubin"in hücumçusu olan Şeydayev son zamanlar uğurlu karyerası ilə diqqət çəkir. Ramillə yanaşı, Moskva "Spartak"ının yarımmüdafiəçisi Ayaz Quliyev də "23-lük"də yer alıb.
Qeyd edək ki, Rusiya U-21-i hazırlıqlara avqustun 31-də Novoqorskda başlayacaq. Daha sonra komanda sentyabrın 2-də Finlandiyaya uçacaq.
Qaynar.info