Xəbər lenti

Ramin Hacılı İlham Əliyevə müraciət etdi - MƏTN
Siyasət06:56 25.10.2013

Ramin Hacılı İlham Əliyevə müraciət etdi - MƏTN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Avropa Hərəkatının Prezidenti Ramin Hacılı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edib.

Qaynar.info-nun verdiyi məlumata görə, onun müraciətinin əsas mövzusu son dövrlər ölkə gündəminin əsas mövzularından olan Avrasiya Gömrük İttifaqı və Avropa Birliyi "Şərq Tərəfdaşlığı" proqramı ətarafında yaranan müzakirələrdir. 

Müraciəti olduğu kimi təqdim edirik:

"Hörmətli cənab Prezident!

Azərbaycan öz müstəqillik aktını qəbul edərkən Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib. Dövlətimiz 1991-ci ildə inkişaf və təhlükəsizlik konsepsiyasnı qəbul edərkən avro-atlantik məkana inteqrasiya yolunu seçib. Bu günə qədər Azərbaycana rəhbərlik etmiş Ayaz Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev və Siz bu konsepsiyadan cıxış edərək Azəbaycanımızın Avropaya inteqrasiyasını əsas götürmüsünüz. Bu, ölkəmizin mütərəqqi dövlətlər arasında olması istəyindən yaranıb. Bu günədək ölkəmiz bu sahədə bir çox aktlara imza atıb. Avropa Şurasına qoşulmaq, Avropa İnsan Haqları məhkəməsi ilə qarşılıqlı saziş, "AvroNest" Parlament Assambleyasında iştirak və Avropa Birliyi ilə sıx əməkdaşlıq buna misal ola bilər. Hazırda şərq tərəfdaşlığı istiqamətində Avropa Birliyinin proqramında Azərbaycan aktiv iştrak edir. Bütün bu seçimlər Azərbaycanın sivil ölkələr cərgəsində olma təşəbbüsünü göstərir. 

Sizidən xahiş edirəm ki, gələn ay Avropa Birliyinə assosiativ üzvlüklə bağlı nəzərdə tutulan Vilnüs sazişinə Azərbaycanın qoşulması üçün lazımı göstəriş verəsiniz.

Sonda bildirmək istərdim ki, biz Azərbaycan Avropa Hərəkatı olaraq, müstəqil dövlət və azad xalq modelinin mövcud olduğu Avropa ölkələri cərgəsində Azərbaycanın da olması üçün bütün calışmaları dəstəklədiyimizi bəyan edirik".

Qaynar.info