Ölkə 15:40 15.02.2024

Ramin Hacılı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Hazırda Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan, müstəqil bloger, Azərbaycan Avropa Hərəkatının sədri, yazıçı Ramin Hacılı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Qaynarinfo xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Sizi yenidən dövlətimizin başçısı seçilməyiniz münasibətilə təbrik edir, uğurlu siyasi kursunuzun bundan sonra da davam edəcəyinə görə şad olduğumu bildirirəm.

Azərbaycanın regionda və dünyada qüdrətli dövlətə çevirilməsi, ərazi bütövlüyü və suverenliyini öz gücünə bərpa etməsi, vətəndaşlarının sabitlik və məmnunluq içində yaşaması Sizin həyata keçirdiyiniz intibaha söykənən siyasətinizin nəticəsidir.

Hər bir vətəndaş kimi mən də bizləri hazırkı inkişafa gətirmiş siyasi kursunuzu dəstəklədiyimi bəyan edirəm. Çox istərdim ki, aydın gələcək vəd edən və tərəqqiyə söykənən siyasətinizə öz töhvəmi verə bilim.

Sonda bir daha Sizi qazandığınız qələbə münasibətilə təbrik edir və sağlıq içində uzun ömür arzu edirəm.

Dərin hörmətlə,
Ramin Hacılı

Tarix: 13 fevral 2024-ci il.
Ünvan: ƏN PX-in 17 saylı Cəzaçəkmə Müəssisəsi".