Xəbər lenti

Ramin Hacılını hərbi xidmətə çağırdılar - YENİLƏNİB
Siyasət11:50 17.04.2014

Ramin Hacılını hərbi xidmətə çağırdılar - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı hərbi xidmətə çağırılıb.

Bu barədə Qaynar.info-ya Ramin Hacılı özü məlumat verib. 

O bildirib ki, hərbi xidmətə çağırılmasının araxasında hansısa gizli məqsədlər dayanır. Çünki hərbi-tibb komissiyasının verdiyi rəsmi rəydə onun səhhətilə əlqədar hərbi xidmətə məhdud-yararlı olduğu göstərilib: "2001-ci ildən gözümdəki zəiflik səbəbindən sülh şəraitində hərbi mükəlləfiyətdən azad edilmişəm. Bu istiqamətdə hər üç ildən bir yoxlamadan keçmişəm. Nəticələr eyni olub. Göz, yaş ötdükcə daha da zəifləyir, əməliyyat olunmayıbsa, düzəlmək ehtimalı möcüzə sayılır. Bu günədək 4 dəfə yoxlamadan eyni nəticə çıxıb. 

2014-cü ildə beşinci yoxlamanın zamanı çatdığından hər dəfəki kimi uyğun prosedurları yerinə yetirdim. Füzuli Rayon Hərbi Komisarlığına getdim, ordan verilən arayışı Akademik Zərifə Əliyeva adına Milli Oftalmoloji Mərkəzin Hərbi-tibbi Müəssəsinə təqdim etdim. Yoxlama həyata keçirildi və nəticə yenə də əvvəlki illərdəki ilə eyni çıxdı. Buna uyğun olaraq hərbi-tibbi komisiyya tərəfindən sağlamlıq vəziyyəti ilə bağlı AKT tərtib edilərək mənə təqdim edildi. AKT-ı Füzuli Rayon Hərbi Komisarlığına təqdim etdim. 20 gündən sonra mənə komissarlıqdan zəng edərək hərbi xidmətə yararlı olduğumu və Füzuli rayonuna gələrək Hərbi Komisarlığa yaxınlaşmalı olduğumu dedilər. 

Evə gələrək sənədlərin kopyası ilə tanış oldum. Məlum oldu ki, həkim-tibbi komissiya tərəfindən verilən rəy 3 il öncə veriləndən heç nəyi ilə fərqlənmir. Hansı kı o sənədlə 3 il öncə mənim sülh şəraitində hərbi xidmətə cağırılmamalı olduğum təsbit olunmuşdur. Eyni diaqnozun yer aldığı sənədin hərbi komissarlıq tərəfindən əhəmiyyətsiz hesab olunması mənə şübhəli gəlir. Əgər həqiqətən də, hərbi xidmət üçün səhhətim yol verirsə, bu vəzifəmi yerinə yetirməyə hazır olduğumu bəyan edirəm. Heç zaman rüşvət və ya digər üsullarla hərbi xidmətdən boyun qaçırmamışam, qaçırmayacağam da! Lakin 30 yaşına qədər qanunun tələbinə uyğun olaraq əsgərə getməmşəm. 15 aprel tarixində zəng edərək "hərbi xidmətə gedirsən" demək hər hansı bir qanunsuz addımdırsa və məmur özbaşınalığıdırsa, həm özümün, həm də digər buna bənzər problemlərlə qarşılaşan vətəndaşların haqqını bərpa etmək üçün hüquqi addımları atacam. Ümid edirəm ki, yanlışlıq var və bu istiqamətdə hər bir iş qanunlar çərçivəsində həll olacaq".

Tibb komissiyasının 16 dekabr 2010 və 15 mart 2014-ci illərdə Ramin Hacılıya təqdim etdiyi sənədin surətini təqdim edirik: 

***

Məsələ ictimailəşəndən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli Rayon Şöbəsi Ramin Hacılı hərbi xidmətə cağırmaqdan imtina edib. 

R.Hacili faktı Aktual.az-a təsdiqləyib: "Məsələ medianın gündəminə gəldikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli Rayon Şöbəsindən zəng edib bildirdilər ki, yanlışlıq olub və bu yanlışlıq tezliklə aradan qaldırılacaq. Bildirdilər ki, gələn həftə gəlib hərbi biletimi götürə bilərəm. Bu onu göstərdi ki, məni əsgər aparmaq məsələsi siyasi hakimiyyətin sifarişi deyil. Kiçik bir anlaşılmazlıq idi və tezliklə də aradan qalxdı". 

Qaynar.info