Xəbər lenti

Ramiz Abutalıbovun nəşi Moskvadan Bakıya yola salındı (VİDEO)
Ölkə12:33 03.01.2022

Ramiz Abutalıbovun nəşi Moskvadan Bakıya yola salındı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yanvarın 1-də Rusiya paytaxtında vəfat edən tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun nəşi dəfn olunmaq üçün Vətənə yola salınıb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, mərhumun nəşi bu gün Moskvanın Domodedovo hava limanından Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə Moskvadan Bakıya göndərilib.
Ramiz Abutalıbov yanvarın 1-də axşam saatlarında Moskvada uzun müddətdir ki, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Görkəmli diplomat sabah Bakıda II Fəxri xiyabanda dəfn olunacaq.
<iframe width="734" height="368" src="https://www.youtube.com/embed/SnIfm9JGlO0" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">